ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında razılaşmanın çox yaxın zamanda rəsmiləşdirilə biləcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Telekanalın müxbiri Trey İnqst bildirib ki, prezidentlə telefon danışığı zamanı Tramp ona İranla sazişin növbəti iki-üç saat ərzində imzalanacağına ümid etdiyini deyib.
“Prezident Tramp hesab edir ki, İranla razılaşma yaxın saatlarda yekunlaşa bilər”, – deyə İnqst qeyd edib.