ABŞ Prezidenti Donald Tramp İranın hazırda Vaşinqtonun münaqişəyə son qoymaq üçün irəli sürdüyü şərtləri qəbul etməyə hazır olmadığını bildirib.
Globalinfo.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Tehranın razılaşma əldə etmək istəyində olduğunu, lakin ABŞ-ın vacib hesab etdiyi əsas tələbləri rədd etdiyini deyib.
ABŞ lideri İranın nüvə silahına sahib olmasının qarşısını almağın Vaşinqton üçün əsas məqsəd olduğunu vurğulayıb.
Tramp həmçinin daha əvvəl İranı sərt şəkildə xəbərdar edərək, Tehranın razılaşmadan imtina edəcəyi təqdirdə ciddi nəticələrlə üzləşə biləcəyinə işarə edib.
Onun sözlərinə görə, ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməməkdə qərarlıdır.
Tahir Turan