“ABŞ Prezidenti Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsin psixi vəziyyəti normal olub”.
Globalinfo.az xəbər verir ki, bunu Kolumbiya dairəsinin prokuroru Janin Pirro deyib.
Onun sözlərinə görə, şübhəli əsəb pozuntusu və ya hərəkətlərinə təsir edə biləcək hər hansı bir ruhi pozğunluq keçirməyib.
Pirro mümkün müdafiə nəzəriyyələrini təkzib etmək üçün bu faktı xüsusi olaraq vurğulayıb.
“İnsanlar onun dəli olduğunu düşünməyə meyllidirlər, amma belə deyil. O, ağıllıdır, magistr dərəcəsinə malikdir”, – deyə prokuror 31 yaşlı Kol Tomas Allen haqda danışarkən bildirib.
O əlavə edib ki, prokurorlar şübhəlinin Prezidenti öldürmək niyyətini sübut edəcəklərinə əmindir.
Tahir Turan
Globalinfo.az