Vaşinqton Ukraynaya dəstəkdən imtina etmir.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset deyib.
Onun sözlərinə görə, Trampın Putinlə danışıqlarını Ukraynaya xəyanət adlandırmaq olmaz:
“Heç bir xəyanət yoxdur. ABŞ və bütün dünya sülh üçün səy sərf edir. Heç bir ölkə Ukrayna üçün ABŞ-dan çox şey etməyib”.
O, Trampın konflikti bitirəcək yeganə insan olduğunu söyləyib. Heqset həmçinin ABŞ-ın yenə də Avropa təhlükəsizliyinin qarantı olaraq qalacağını deyib.
Əliyar Xəlil
Globalinfo.az