6ab4888da64136ab4888da641417902163336ab4888da64116ab4888da6412

ABŞ Prezidenti Donald Tramp Çinin dövlət başçısı Si Cinpini Vaşinqtona səfəri çərçivəsində Endryus hərbi aviabazasında qarşılayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Çin liderinin gəlişi münasibətilə aviabazada təntənəli mərasim təşkil olunub. Qırmızı xalça sərilib, fəxri qarovul dəstəsi düzülüb. Tramp və Si Cinpin görüş zamanı əl sıxaraq qısa söhbət ediblər.

Mərasimdə hər iki ölkənin dövlət himnləri səsləndirilib və artilleriya yaylım atəşi açılıb. Eyni zamanda, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr, o cümlədən B-1 bombardmançıları aviabazanın üzərindən uçuş həyata keçirib.

Ağ Evin açıqlamasına əsasən, ərazidə altı F-16 və altı F-22 qırıcısı da yerləşdirilib.

Daha sonra Donald Tramp və həyat yoldaşı Melaniya Tramp Çin liderini və onun xanımı Pen Liyuanı avtomobilə qədər yola salıblar.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Cinpinin ABŞ-a dövlət səfəri sentyabrın 23-dən 25-dək davam edəcək.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: