Tramp iran rat 900x506 2

ABŞ Prezidenti Donald Tramp müşavirlərinə İrana qarşı uzunmüddətli iqtisadi təzyiq planı hazırlamağı tapşırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) məlumat yayıb.

Bildirilir ki, bu strategiya İran iqtisadiyyatına və neft ixracına təzyiqi artırmağı, həmçinin İran limanlarına gəmilərin girişini məhdudlaşdırmağı nəzərdə tutur:

“Tramp administrasiyası hərbi əməliyyatların bərpasını və ya münaqişədən tam çıxmağı bu blokada planından daha riskli variant kimi qiymətləndirib.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelly bildirib ki, bu addım Vaşinqtona Tehran üzərində daha güclü təsir imkanı verəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: