Bu ölkənin Baş naziri NATO-nun baş katibi olmaq istəyir

Niderlandın baş naziri vəzifəsini icra edən Mark Rutt NATO-nun baş katibi postunda maraqlıdır.

Globalinfo.az xəbər verir ki, o, bunun üçün yaxşı şansının olmadığını deyib.

“Belə bir rol maraqlı olardı. Bir neçə il ərzində ciddi qlobal dəyişikliklər dövründə beynəlxalq arenada vəziyyətin inkişafına töhfə verməyə imkan yaranardı. Həmçinin bu vəzifəyə bir qadının da gəlməsi mümkündür”,- Rutt Bildirib.