Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşüblər.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən görüşlə bağlı verilən açıqlamaya görə, tərəflər Ermənistan-ABŞ strateji tərəfdaşlığının mütərəqqi inkişafını, əldə edilmiş razılaşmaların həyata keçirilməsini və birgə təşəbbüslərin perspektivlərini qeyd ediblər.
Bildirilib ki, tərəflər 8 avqust 2025-ci ildə Vaşinqton Sülh Sammitində əldə edilmiş razılaşmaların həyata keçirilməsini müzakirə edərək, sülh prosesinin daha da institusionallaşdırılmasına diqqət yetiriblər.
Məlumata görə, “Tramp Marşrutu” proqramının icrası ilə bağlı birgə bəyannamə təsdiqlənib. Sənədin dərc olunması daha sonra planlaşdırılır.