ABŞ və Ukrayna müharibə cinayətlərini araşdırmaq üçün anlaşma memorandumu imzalayıb

ABŞ-ın baş prokuroru Merrik Qarland və Ukraynanın baş prokuroru Andrey Kostin Ukraynada hərbi cinayətlərin araşdırılmasına dair anlaşma memorandumu imzalayıblar.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu barədə ABŞ Departamentinin saytında dərc olunmuş məlumatda deyilir.

İmzalanma Vaşinqtonda keçirilib.

“Tərəflər əməkdaşlığın genişləndirilməsi üçün istiqamətləri müəyyən edib və hər bir ölkədə müvafiq əməkdaşlığa, istintaq və təqiblər arasında ziddiyyətlərin aradan qaldırılmasına kömək edəcək anlaşma memorandumu imzalayıblar” – deyə bildirilib.