“İran hələ də nüvə silahı hazırlamaq planından imtina etməyib”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O qeyd edib ki, Tehran Avropa və ABŞ ərazisindəki hədəfləri vura biləcək silahlar üzərində işləyir:
“Onlar artıq Avropaya və bizim xaricdəki bazalarımıza təhlükə yarada bilən raketlər hazırlayıblar. Hazırda yaxın zamanda ABŞ-a çata biləcək raketlər üzərində çalışırlar”.
Tramp vurğulayıb ki, onun administrasiyası İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün işini davam etdirəcək:
“Lakin zərurət yaranarsa, tərəddüd etmədən başqa addımlara da əl atacağıq”.
Safura Bənnayeva
Globalinfo.az