hormuz 900x600 1

“İranla münaqişə başa çatdıqdan sonra Hörmüz boğazı avtomatik şəkildə açılacaq”.

Globalinfo.az xəbər verir ki, bu bardə ABŞ prezidenti Donald Tramp “The New York Post” qəzetinə müsahibəsində deyib.

Tramp bildirib ki, İranla müharibə yekun mərhələyə yaxınlaşır və ABŞ hələ də hərbi obyektlərə zərbələr endirməkdə davam edir. Onun sözlərinə görə, Vaşinqton İranın qalan hücum imkanları tam zərərsizləşdirilənədək əməliyyatları davam etdirəcək.

Hörmüz boğazı ətrafındakı vəziyyətə toxunan Tramp bildirib ki, İran strateji keçidi artıq 31 gündür bağlı saxlayır və bu, dünya enerji bazarında qiymət artımına səbəb olub. O vurğulayıb ki, münaqişə başa çatdıqdan sonra boğazın açılması məsələsi öz-özünə həllini tapa bilər.

“Mən İranı məhv etdim. Onların artıq gücü qalmayıb. Qoy bu boğazdan istifadə edən ölkələr Hörmüzü özləri açsınlar. Hesab edirəm ki, neftə nəzarət edən tərəf bu keçidin açılmasında maraqlı olacaq”, – deyə Tramp vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: