tramp 1

ABŞ Prezidenti Donald Tramp 2028-ci ildə üçüncü müddətə yenidən seçilmək imkanını nəzərdən keçirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Qətərdəki “Əl-Udeid” ABŞ hərbi bazasında çıxışı zamanı danışıb.

“Biz yenidən seçilmək istəyirik. Çoxları bunu etməyi məsləhət görür. Bu barədə düşünürəm”, – deyə o bildirib.

Qeyd edək ki, mayın əvvəlində Tramp üçüncü dəfə prezidentliyə namizəd olmayacağını bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: