tramp 1

“Həmişə iki dövrün vacib olduğunu düşünmüşəm”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp təkrar prezident seçilmək istəyi ilə bağlı ünvanlanan sualı cavablandırarkən deyib. O, dövlət başçısı kimi yalnız iki müddətlə kifayətlənmək niyyətində olduğunu açıqlayıb.

“Mən səkkiz il prezident olacağam, iki müddət prezident olacağam. Mən həmişə bunun çox vacib olduğunu düşünmüşəm”, – deyə Tramp bildirib.

O əlavə edib ki, ABŞ qanunvericiliyi prezidentin üçüncü müddətə namizədliyini irəli sürməsinə imkan vermir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: