Çində əvvəllər nəsli kəsilmiş hesab edilən ilbiz tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat dərc edib.

Məlumata görə, beynəlxalq zooloqlar qrupu 100 ildən çox nəsli kəsilmiş hesab edilən “Helicostoa” cinsinə aid şirin su ilbizini aşkar ediblər.

Sözügedən kəşf Berlin Təbiət Tarixi Muzeyinin və Çinin cənubunda yerləşən Quansi Çjuan Muxtar Bölgəsindəki Pekin Universitetinin tədqiqatçıları tərəfindən aparılıb.

Elm adamlarının fikrincə, “Helicostoa” qayaların səthinə yapışmağa meylli olan şirin su ilbizinin nümayəndəsidir. Bu ilbiz cinsinin kəşfi fransız alimlərinə məxsusdur. Bununla belə, 100 ildən artıq müddətdir ki, bu cür ilbizlərə rast gəlinməyib.

default

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: