tramp si37

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə özünün Truth Social hesabında paylaşım edib.

O bildirib ki, söhbət uzun və ətraflı olub, bir çox mühüm mövzu müzakirə edilib. Danışıqlar zamanı ticarət əlaqələri, hərbi məsələlər, Trampın aprel ayında Çinə planlaşdırılan səfəri, Tayvan ətrafındakı vəziyyət, Rusiya–Ukrayna müharibəsi, İranla bağlı mövcud proseslər diqqət mərkəzində olub.

Bundan əlavə, Çin tərəfindən ABŞ-dan neft və qaz alınması, kənd təsərrüfatı məhsullarının, xüsusilə soya paxlasının idxalının artırılması məsələsi də gündəmə gətirilib. Tramp qeyd edib ki, Çin bu mövsüm 20 milyon, növbəti partiyada isə 25 milyon ton soya paxlası almağı öhdəsinə götürüb.

Söhbət zamanı həmçinin aviasiya mühərriklərinin tədarükü və digər əməkdaşlıq imkanları müzakirə olunub. ABŞ Prezidenti bütün mövzular üzrə danışıqların müsbət keçdiyini vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: