Tramp Baydeni belə parodiya etdi – VİDEO

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kaliforniyada tərəfdarları qarşısında çıxışı zamanı Ağ Evin hazırkı rəhbəri Co Baydeni parodiya edib.

Globalinfo.az-ın oxu.az-a istinadən xəbərinə görə, belə ki, o, səhnədən çıxış yolu tapa bilməyən dövlət başçısı ilə bağlı vəziyyəti xatırladıb.

“Budur, səhnə. Mən bunu əvvəllər görməmişəm – amma sola getsəm, pilləkənlərdir, sağa getsəm də, pilləkənlərdir. Bu adam isə deyir: “Mən haradayam? Lənət şeytana, mən haradayam? Aman Allahım, o, dəhşətlidir”, – deyən Tramp tərəfdarlarını güldürüb.