Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında avtovağzal yaxınlığında baş verib.
İlkin məlumata görə toy kortejində olan “BMV” qarşıdan gələn “Mitsubishi” ilə toqquşub və daha sonra aşıb.
Qəza nəticəsində üç nəfər xəsarət alıb.
Yaralılardan birinin durumu ağır qiymətləndirilir.