Tovuzda yük avtomobili yanıb, 1 nəfər xəsarət alıb

Tovuz rayonunun Qovlar şəhərində “ЗИЛ” markalı yük avtomobilinin mühərrik hissəsi və banına yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb.

Globalinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Avtomobilin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.