63725f588c53d63725f588c53e166843989663725f588c53963725f588c53b

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan TIR “VAZ 2107” markalı minik maşını ilə toqquşub. Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

63725f588c53d63725f588c53e166843989663725f588c53963725f588c53b

Paylaş: