Terrorçu ilə döyüşən qəhrəmanımız haqda təsirli faktlar – YENİLƏNİB / VİDEO

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Vasif Tağıyevin dayısı Rövşən Birinci Qarabağ müharibəsində şəhid olub.

Ata nəsli Şuşanın çox hörmətli ailələrindən biridir.

***13:38

Bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində yaralananların kimliyi bilinib.

Bu barədə Globalinfo.az-a məlumat daxil olub.

Hadisə zamanı güllə yarası alan Mahir İmanov, digəri isə qəhrəmanlıq göstərərək terrorçunun üzərinə şığıyan və avtomat qundağı zərbəsindən, şüşə qırıntısından yaralanan Vasif Tağıyevdir.

Qəhrəmanlığı ilə günün simvoluna çevrilən V.Tağıyevin əslən Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan olduğu bildirilib.

Qeyd edilir ki, o, ailəlidir və 3 övladı var. Ailəsi Abşeron rayonu Masazır qəsəbəsində yaşayır.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomatla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərov qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar.

Zaira Akifqızı
Globalinfo.az