soghomon talat 1

Fransanın Marsel şəhərində ermənilərin “Daşnaksütyun” partiyasının 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyası və Azərbaycan Demokratik Respublikasının ərazisində keçirdiyi sui-qəsd əməliyyatlarının əsas nümayəndəsi Soqomon Tehliryanın abidəsi ucaldılıb. 

Globalinfo.az xəbər verir ki, açılış mərasimi təntənəli şəkildə keçirilib.

Mərasimdə bir neçə Fransa rəsmisi də iştirak edib.

Qeyd edək ki, S.Tehliryan 15 mart 1921-ci ildə saxta “erməni soyqırımı” iddiasında adı çəkilən Osmanlı sədrəzəmi Tələt Paşanı sui-qəsdlə öldürməkdə ittiham olunub. Almaniyada məhkəmə qarşısına çıxarılsa da, “bəraət” alıb, uzun illər ABŞ-da yaşadıqdan sonra 1960-cı ildə Kaliforniyada ölüb.

Ayşən Mustafa
Globalinfo.az 

 

Paylaş: