1675533650 1673097639 qeza

Bu gün Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun Susay kəndi ərazisində qeydə alınıb. Belə ki, “VAZ-21015” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sürücü Elşən Qasımov ölüb, avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzada həyatını itirən Elşən Qasımov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşıdır.

1675533650 321653652 976003390052164 6756101886099409219 n

Paylaş: