Dost ölkəyə raket atıldı – Bakı və Ankara çətin seçim qarşısında

“Yaxın Şərqdə davam edən gərginlik fonunda İran da son vaxtlar fəallaşıb”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov SEPAH-ın Pakistan ərazisindəki “Ceyş ül-Ədl” qruplaşmasının iki qərargahına raket və PUA-larla zərbələr endirməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, mövcud vəziyyət Tehranı narahat edir:

“Tehran Təl-Əvivə qarşı açıq oynayır. Bu gərginliyin fonunda İranın niyə Pakistanı hədəf alması düşündürücüdür. Maraqlıdır, Tehran niyə “ağrımayan başına duz sarımaq istəyir”?

Kənan Novruzov

Pakistan, yəqin ki, İrana cavab verməyə çalışacaq, amma iki dövlət arasında gərginliyin uzun çəkəcəyini düşünmürəm. Bu, yeni münaqişə ocağı deməkdir. Vəziyyət gərginləşərsə, Bakı və Ankara da çətin seçim qarşısında qalacaq. İstisna deyil ki, İranla Pakistan arasında vəziyyətin gərginləşməsində Tehran üçün yeni “başağrılarının” yaradılmasında maraqlı olan qüvvələr var. Xüsusilə ABŞ bu prosesə maraqlıdır. Belə vəziyyətdə Tehran da, İslamabad da soyuqqanlı davranmalıdır”.

Turan Rzayev
Globalinfo.az