“Ukrayna Prezidenti Volodimir Zelenskinin qələbə planı zəfər qazandırmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
O, ölkəsinin bu planda iştirak etməyəcəyini bildirib:
“Biz planı dəstəkləmirik, çünki bu, Macarıstanın qələbə planı deyil. Müharibədə iştirak etməmişik və etməyə də hazırlaşmırıq. Belə planla qalib gəlmək olmaz. Güclü olanla danışıqlar aparmaq yaxşı fikirdir, lakin biz zəifik”.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün 5 bənddən ibarət “Qələbə planı”nı Ali Radaya təqdim edib.
Əliyar Xəlil
Globalinfo.az