Təcili yardım maşını qəzaya uğradı: yaralılar var – TƏFƏRRÜAT

Sabirabadda təcili yardım maşını ilə digər avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, İmişli rayonuna məxsus təcili yardım maşını VAZ-21011 markalı avtomobillə toqquşub.

İmişli rayon sakini, 1982-ci il təvəllüdlü Dilarə Alməhəmməd qızı Həziyeva hamilə olduğundan təcili yardım maşını ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilərkən qəza baş verib.

Nəticədə İmişli rayon sakinləri, təcili yardım stansiyasının tibb bacısı, 1964-cü il təvəllüdlü Aidə Nizami qızı Abdullayeva, 1980-ci il təvəllüdlü Aynur Hüseyn qızı Vəliyeva,“VAZ-21011 markalı avtomobilin sürücüsü, Sabirabad şəhər sakini, 1969-cu il təvəllüdlü Muxtar Cəfər oğlu Cəfərov və onun həmyerlisi 1987-ci il təvəllüdlü Ceyhunə Baloğlan qızı Vəliyeva müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yüngül xəsarət alan hamilə qadın D.Həziyeva isə doğum şöbəsinə qaldırılıb.

Faktla bağlı araşdırma aparılır.