us iran talks rathburn top 3

İslamabadda ABŞİran nümayəndə heyətləri arasında danışıqların üçüncü mərhələsi başlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası məlumat yayıb.

***22:14

İranABŞ arasında danışıqların növbəti mərhələsi bu gecə və ya sabah keçirilə bilər.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İranın danışıqlar heyətindəki yaxın mənbəyə istinadən məlumat yayıb.

“Bu gecə və ya sabah (bazar günü) başqa bir danışıqlar mərhələsi keçiriləcək”, – mənbə qeyd edib.

***21:19

ABŞİran arasında İslamabadda aparılan danışıqlardan sonra tərəflər yazılı mesaj mübadiləsinə keçiblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirib ki, danışıqları aparan ekspert qrupları üzbəüz müzakirələrin bir mərhələsini başa vurduqdan sonra müzakirə olunan məsələlərlə bağlı yazılı mesaj mübadiləsi aparırlar.

İran dövlət televiziyası IRIB-in müxbirinin danışıqlar qrupuna yaxın mənbəyə istinadən verdiyi məlumata görə, prosesin növbəti mərhələsi bu axşam və ya sabah baş tuta bilər.

Bu arada,” Financial Times” qəzeti ABŞİran danışıqlar qruplarının Hörmüz boğazı üzərində çıxılmaz vəziyyətə düşdüyünü bildirir. Mənbələrə görə, Tehran su yolu üzərində nəzarəti saxlamaqda və oradan keçmək üçün ödəniş almaqda israrlıdır.

***18:56

İslamabadda ABŞİran nümayəndə heyətləri arasında danışıqlar birbaşa aparılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası məlumat yayıb.

***17:06

ABŞİran arasında danışıqlar birbaşa deyil, Pakistan rəsmilərinin vasitəçiliyi ilə aparılır. 

Globalinfo.az xəbər verir ki, bu barədə BBC-yə məlumatlı mənbə bildirib.

***

İranABŞ nümayəndələri arasında İslamabadda rəsmi danışıqlar başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Pakistan KİV məlumat yayıb.

İran və Pakistanın dövlət televiziyaları danışıqların başladığını elan edib.

Lakin tərəflər arasında müzakirənin birbaşa, yoxsa vasitəçilər vasitəsilə aparıldığı məlum deyil.

Əgər danışıqların birbaşa keçiriləcəyi təsdiqlənərsə, bu, 1979-cu ildə İslam Respublikasının qurulmasından bəri İranABŞ arasında ən yüksək səviyyəli üzbəüz danışıqlar olacaq.

Danışıqların tam dəqiq şəkildə hansı mövzuları əhatə etdiyi hələlik açıqlanmayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: