erdogan zengezur dehlizini geoiqtisadi inqilabin terkib hissesi kimi gorurem 1751714325

Avropa İttifaqından (Aİ) ölkəmizin Avrointeqrasiya qarşısındakı siyasi maneələri dərhal aradan qaldıracağını gözləyirik”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqların canlanması və irəliləməsi üçün başqa bir günü gözləməməlidir. Bu inkişaflar indi baş verməlidir. Aİ-dəki bütün həmsöhbətlərimizə deyirik ki, təşkilata tamhüquqlu üzvlük məqsədimizə möhkəm sadiq qalırıq”, – deyə o bildirib.

Ərdoğanın sözlərinə görə, birlik bu məsələyə strateji və uzaqgörənliklə yanaşarsa, Aİ-nin addım atmasına heç bir maneə olmayacaq.

O vurğulayıb ki, ölkəyə qarşı siyasi maneələr təcili aradan qaldırılmalıdır.

Türkiyə prezidenti Avropa İttifaqı ilə bərabərhüquqlu ədalətli münasibətlərə ümid etdiyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: