Türk dövlətləri toplanır – Müzakirə

Martın 16-da Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) növbədənkənar zirvə toplantısı keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

“Martın 16-da Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə TDT-nin zirvə toplantısı keçiriləcək. İclasda Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım mövzusu müzakirə olunacaq”, – nazir vurğulayıb.