“Azərbaycan ərazisinin 20 ildən çox Ermənistanın işğalında qalmasına səsi çıxmayan Tehran indi Azərbaycan yük maşınlarının Ermənistan ərazisindən keçməsini regional sərhədlərin dəyişdirilməsi adlandırır və buna etiraz edir”.
Globalinfo.az xəbər verir ki, bunu “İran İnternational” kanalının redaktoru Mehdi Pərpənçi qeyd edib.
O bildirib ki, Qarabağın işğalı dövründə İranın sərgilədiyi mövqe unudulmayacaq:
“Zəngəzur layihəsi həyata keçsə də, keçməsə də, bir şey heç vaxt unudulmayacaq: İran sərhədinə yaxın Azərbaycan ərazisinin 20%-dən çoxu 20 ildən artıq Ermənistan tərəfindən işğal altında saxlanıldı və İslam Respublikası səsini çıxarmadı. Amma onlar (İran hökuməti) Azərbaycan yük maşınlarının Ermənistan ərazisindən keçməsini bölgənin sərhədlərinin dəyişdirilməsi hesab edir və buna etiraz edir”.