Tanınmış futbolçu bu gün dəfn olunacaq

Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edən futbolçu Şəhriyar Rəhimov bu gün Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.

Bu barədə Globalinfo.az-a mərhumun qardaşı məlumat verib.

Məlumata görə, onun nəşi saat 13:00-da yaşadığı evdən götürüləcək.

“Üç mərasimi bazar günü saat 11:00-da “Təzə pir” məscidində keçiriləcək”,- deyə bildirilib.

Qeyd edək ki, Şəhriyar Rəhimov karyerasını ötən il “Səbail”da başa vurmuşdu. Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları klubdan getməsinə səbəb olmuşdu.

Allah rəhmət eləsin!

Zaira Akifqızı
Globalinfo.az