bbaf4186a670ba53b5e0d25680630dec o
ABŞ Prezidenti Donald Trampın genişmiqyaslı tariflər tətbiq etməsi qlobal maliyyə bazarlarında ciddi dalğalanmalara səbəb olub. Nəticədə, dünyanın ən varlı 500 insanının ümumi sərvəti cəmi bir gündə 208 milyard dollar azalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Əsas itkilərin ilk üçlüyü belədir:

Mark Zukerberq: “Meta” şirkətinin səhmlərinin 9 faiz dəyər itirməsi nəticəsində Zukerberqin sərvəti 17,9 milyard dollar azalaraq 189 milyard dollara düşüb.

Ceff Bezos: “Amazon”un səhmlərinin 9 faiz ucuzlaşması səbəbindən Bezosun sərvəti 15,9 milyard dollar azalaraq 201 milyard dollara enib.

Elon Mask: “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri Maskın sərvəti 11 milyard dollar azalaraq 322 milyard dollara düşüb.

f2a5ea35 c5e7 46d8 90f8 86e2ed84213d

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: