Tanınmış aktyor yol qəzasında öldü

Amerikalı aktyor Lesli Cordan yol qəzasında dünyasını dəyişib.

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, hadisə oktyabrın 24-də Los-Ancelesdə baş verib.

Məlumata görə, 67 yaşlı Cordanın sükan arxasında halı pisləşib. İdarəetməni itirən aktyorun avtomobili binaya çırpılıb.

Qəza zamanı ağır xəsarətlər alan Cordonun həyatını xilas etmək mümkün olmayıb.