
Azərbaycan və Ermənistan arasında danışıqlarla bağlı vaxtaşırı açıqlamalar olsa da, rəsmi Bakı gözləmə mərhələsindədir.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyan deyib.
O qeyd edib ki, Rusiya ilə ABŞ arasında razılaşmalar Cənubi Qafqaz bölgəsinə təsirsiz ötüşməyəcək:
“ABŞ-ın yeni administrasiyası işə başlayandan bəri müxtəlif ölkələr münaqişə ilə bağlı mövqelərini aydınlaşdırmağa çalışırlar. Rusiya-Ukrayna müharibəsinin mümkün həlli də bölgəyə təsir edəcək. Bu, həm də regionumuzda hadisələrin hansı ssenaridə inkişaf edəcəyini müəyyənləşdirir”.
Əliyar Xəlil
Globalinfo.az