Tailandda uşaq evinə silahlı hücum oldu – 36 nəfər öldü

Tailandın şimal-şərqində uşaq mərkəzində baş vermiş atışma nəticəsində daha 2 nəfər ölüb.

Globalinfo.az bildirir ki, “Report”un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bununla da həlak olanların sayı 36-ya çatıb. Bildirilib ki, ölənlərdən 24-ü uşaqdır. Məlumata görə, azı 12 nəfər yaralanıb.

Hücum edən şəxsin həyat yoldaşını və uşağını güllələdiyi, daha sonra isə intihar etdiyi qeyd edilir. Cinayətin motivi hələlik məlum deyil.