Şuşada qəza: ölən var – FOTO

Şuşada bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Şuşa rayonu Daşaltı kəndindən keçən hissəsində qeydə alınıb.

Bərdə rayonu Hacallı kənd sakini 1971-ci il təvəllüdlü Lələşov Həbib Mürşüd oğlu idarə etdiyi “HOWO” markalı yük avtombili ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə yük avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Şuşa RPŞ-də cinayət işi başlanıb istintaq aparılır.