
Şuşada 32 ildən sonra ilk dəfə toy mərasimi keçirilib.
44 günlük Vətən müharibəsi veteranı Elmir Məmmədlinin toy mərasimi “İsa bulağı” istirahət kompleksində təşkil olunub. Toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrəbaları, Şuşa sakinləri və rəsmi şəxslər iştirak ediblər.
Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov bu xoş günlə bağlı təəssüratını Baku TV-yə bölüşüb:
“Nəhayət o gün gəldi, şuşalı ailə qurur və biz bu hadisəni doğma Şuşamızda qeyd edirik. Gənc ailəyə xoşbəxt ömür, firavanlıq arzulayıram”.
Ətraflı süjetdə:
***16:28
Şuşada 32 ildən sonra toy mərasimi keçirilib.
Globalinfo.az xəbər verir ki, mərasim “İsa Bulağı” istirahət kompleksində baş tutub.
Toyu olan bəy Elmir Məmmədli adlı qazidir.
***14:21
İşğaldan azad edilmiş Şuşa şəhərində 32 ildən sonra ilk dəfə toy mərasimi keçiriləcək.
Globalinfo.az bildirir ki, Baku TV toya hazırlıq prosesindən görüntülər yayımlayıb.
Qeyd olunub ki, toyu olacaq şəxs Vətən müharibəsi iştirakçısıdır və mərasim İsa bulağının yanındakı restoranda baş tutacaq.