vzryv siriya sklad boepripasov

Suriyanın İdlib vilayətində sursat anbarında baş verən partlayış nəticəsində ən azı 14 nəfər ölüb, 11 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Hadisə Sərmada şəhəri yaxınlığında baş verib. Məlumata görə, anbarda vətəndaş müharibəsindən sonra qalan partlayıcı maddələr müvəqqəti olaraq saxlanılırmış.

Həyatını itirənlər arasında Suriya Müdafiə Nazirliyinin əməkdaşlarının da olduğu bildirilir. Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub. Dağıntılar altında qalanların axtarışı davam edir.

Lakin ərazidə yeni partlayışların baş verməsi xilasetmə işlərini çətinləşdirir.
Partlayışın səbəbi hələlik müəyyən edilməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: