Paşinyan KTMT-nin bəyannaməsini imzalamaqdan imtina etdi – Putinin reaksiyası

Nadir hallarda bütün məsələlərdə razılığa gəlmək olur.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin KTMT-nin sammiti çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla İrəvanda keçirdiyi ikitərəfli görüşdə deyib.

Buna baxmayaraq, Putin ümumilikdə Ermənistanın çox faydalı və intensiv iş gördüyünü bildirib.

***

23.11.22   23:50

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin saytında bildirilib.

“KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəsi yetərincə işlənməyib və bu formada, bütün hörmətimlə, mən bu sənədləri imzalamağa hazır deyiləm”, – Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib.