WhatsApp Image 2025 04 20 at 15.47.15 1

Suraxanıda yaşayış binasında yanğın olub, bir nəfər yanaraq ölüb.

Bu baradə Globalinfo.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

    Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Paylaş: