Sumqayıtda yanğın zamanı qatarlara ziyan dəyib? – AÇIQLAMA

Bu gün saat 22:00 radələrində Sumqayıt sərnişin stansiyasının dam hissəsində quraşdırılmış havalandırma sistemində baş vermiş qısa qapanma nəticəsində yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmiryolları QSC-dən məlumat verilib.

Əraziyə təcili cəlb olunmuş FHN-in yanğından mühafizə qüvvələrinin səyi ilə yanğın qısa zamanda, saat 22:18-də söndürülüb.

Qatarların qrafik üzrə hərəkətində heç bir problem yaranmayıb.