qadin piyada

Dünən Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, saat 16 radələrində 1982-ci il təvəllüdlü Rəsulov Anar Hacıoğlan oğlu etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Ford Mondeo” markalı avtomobil ilə 80 km/saat sürətlə Sumqayıt şəhəri ərazisində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çıxaraq yolun kənarı ilə hərəkətdə olan piyada 1965-ci il təvəllüdlü Eyvazova Aqibət Ağasəlim qızını vurub. və sonuncu hadisə yerində ölmüşdür.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

WhatsApp Image 2023 02 01 at 10.27.53

Malik
Globalinfo.az

Paylaş: