Sumqayıtda restoranda yanğın oldu

Sumqayıtda restoranda yanğın olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhərində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli restoranın 1-ci mərtəbəsinin zalında tavandan keçən elektrik kabelləri 12 p.m yanıb.

Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.