Sumqayıtda qəza: Piyada hadisə yerində öldü

Sumqayıtda avtomobilin vurduğu piyada hadisə yerində ölüb.

Globalinfo.az “Report”a istinadən məlumat verir ki, hadisə Bakı-Quba Yolunun 37-ci kilometrində, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Yolu keçmək istəyən piyada Oruc Məhəmməd oğlu Osmanovu avtomobil vurub.

Piyada aldığı xəsarələrdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.