​​​​​​​Yol qəzasında polis həyatını itirdi – FOTO

Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, KİA və BMW markalı avtomobillər toqquşub.

Nəticədə BMW markalı şəxsi avtomobildə sərnişin olan polis nəfəri 1990-ci il təvəllüdlü Sadıqov İlqar hadisə yerində həyatını itirib. Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

***

00:35

Sumqayıtda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Globalinfo.az xəbər verir ki, hadisə Babək və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində qeydə alınıb.

BMW markalı avtomobillə “Toyota” markalı avtomobilin toqquşması nəticəsində nəticəsində İlqar Mirzə oğlu Sadıqov ölüb. 1989-cu il təvəllüdlü Yusifzadə Tural Elşad oğlu və1994-cü il təvəllüdlü Eyvazov Etibar Tural oğluağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.