Şoyqu həbs edilən müavini ilə bağlı əmr imzaladı

Rüşvət almaqda şübhəli bilinərək saxlanılan Rusiya müdafiə nazirinin müavini Timur İvanov tutduğu vəzifədən azad olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu əmr imzalayıb.

Qeyd edək ki, Timur İvanov dünən saxlanılıb və onun haqqında xüsusilə külli miqdarda rüşvət almaq ittihamı ilə istintaq prosesi başlayıb. İstintaqın tələbi ilə Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarılıb.