Tripolidə toqquşma: əhaliyə xəbərdarlıq edildi – YENİLƏNİB

Screenshot 2025 05 13 004102

Liviyanın paytaxtı Tripolidə şiddətli qarşıdurmalar baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Tripolidə yerləşən Milli Həmrəylik Hökumətinin Daxili İşlər Nazirliyi şəhər sakinlərini təhlükəsizlik məqsədilə evlərindən çıxmamağa çağırıb.

“Daxili İşlər Nazirliyi Tripolinin bütün sakinlərinə müraciət edərək davam edən toqquşmalar səbəbilə evdə qalmağı və küçəyə çıxmamağı tövsiyə edir. Qarşıdurma 444-cü döyüş briqadası ilə Təhlükəsizlik və Sabitlik Aparatı arasında baş verib”, – deyə qurumun yaydığı bəyanatda bildirilib.

Məlumata əsasən, toqquşmalar Təhlükəsizlik və Sabitlik Aparatının rəhbəri Əbdülqani əl-Kiklinin qətlə yetirilməsindən sonra başlayıb.
Qarşıdurmalar səbəbilə Tripolidə yerləşən Mitiqa beynəlxalq hava limanının fəaliyyəti dayandırılıb, bütün uçuşlar Misurata şəhərinə yönləndirilib.

*** 00:49

Liviyanın paytaxtı Tripolidə toqquşmalar baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli televiziya məlumat yayıb.

Toqquşmaların fonunda ölkənin Daxili İşlər Nazirliyi əhaliyə evlərini tərk etməməyə çağırıb. Hadisələrin səbəbləri və iştirak edən tərəflər barədə hələlik rəsmi açıqlama verilməyib.

Aysel Əliyeva
Globalinfo.az