SON DƏQİQƏ! Sverdlovskda hərbi anbar partladıldı – İlkin SƏBƏB açıqlandı / VİDEO

Sverdlovskda hərbi anbarlarda partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

İlkin məlumata görə, Sverdlovsk vilayətindəki hərbi anbarda baş verən partlayışlara səbəb meşə yanğınının hərbi obyektə keçməsi ilə bağlıdır.

Məlumatda qeyd edilib ki, sakinlər təxliyə edilir.