ilham aliyev putin soci 311022 1

Azərbaycan və Ermənistan liderlərinin sülh prosesi İlə bağlı yaxın zamanda Vaşinqtonda, həmçinin Brüsseldə görüşlərinin keçiləcəyi bildirilidi. Amma dünənki təxribatdan sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova tərəflər arasında Rusiyada görüşün keçiriləcəyini, hər iki ölkənin buna razılıq verdiyini bildirdi.

Hazırkı məqamda, əsasən təxribatların fonunda bu nüans necə qiymətləndirə bilər? Rusiyada keçiriləcək görüş əvvəldən planlaşdırılmışdı?

Mövzunu Globalinfo.az-a şərh edən beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli 11 aprel təxribatın Rusiyanın istəyinə uyğun olduğunu, amma İran vasitəsilə həyata keçirildiyini bildirib:

“Vaşinqton görüşündə sülh mətninin ilkin versiyası üçün kiçik razılaşmanın ola biləcəyi ilə bağlı konkret iddialar vardı. Çünki müxtəlif dövrlərdə bunu Nikol Paşinyan da bəyan etmişdi. Həmçinin Azərbaycan Prezidentinin açıqlamalarında da danışıqlarda pozitiv nüansların olması ilə bağlı müəyyən baxışın mövcudluğunu müşahidə edirdik. Amma məsələlərdə Rusiya faktorunun olması, dünən baş verənlərin Vaşinqton görüşü ilə bağlı olub-olmaması, yaxud bunun önlənməsi üçün Mariya Zaxarovanın vasitəsilə ortaya yenidən Soçi planının atılması bizi bir neçə məsələyə aydınlıq gətirməyə vadar edir. Əgər Azərbaycan və Ermənistan arasında razılıq əldə olunacaqsa, Rusiya bunun Soçidə baş tutmasını istəyir. Amma prosesi önləyə bilmirsə, tərəfləri təxribata çəkməyə çalışır.

Eziz Elibeyli

Əziz Əlibəyli

Burada maraqlı tərəf sadəcə Rusiya deyil. Amma dünən baş verən proseslər heç şübhəsiz ki, Rusiyanın istəyinə uyğun idi. Lakin Moskvanın istəyini proseslərdə maraqlı olan digər tərəf – İran həyata keçirir. Rusiyanın buraxdığı hərbi boşluğu İran müvəqqəti şəkildə doldurmağa çalışır”.

Ə.Əlibəyli İranın proseslərdə Ermənistana ciddi təsirlərindən söz açıb:

“Təxribatların ümumi gedişata zərbə vuracağını düşünmürəm. Bir halda ki, Nikol Paşinyan Qərbin adamı kimi oradan gələn tezislərə söykənir, o zaman Vaşinqtona getməlidir. Çox təəssüf ki, Paşinyanın sülh məsələsində mövqeyinə ən böyük zərbəni İran vurur. Tehran Zəngəzurda konsulluq açacaq dərəcədə irəli getdi. Cənubi Ermənistanı İran güruhu bürüyüb. Bu kimi məsələlərə görə İrəvan prosesdə ciddi mövqe sərgiləyə bilmir.
Qərbin bölgədəki əsas nüfuz qrupu Avropa İttifaqının müşahidəçi missiyasıdır.

Diqqətçəkən məqamdır ki, missiya baş verənlərdə Ermənistanın iddia etdiyi kimi Azərbaycanı ittiham etmədi. Bütün hallarda Qərb Rusiya və İranın təxribatlarına rəğmən görüşlərin keçirilməsinə çalışır”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: