Baş Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işinə görə üzərinə həbs qoyulan iki əmlakla bağlı yeni qərar çıxarılıb.
Globalinfo.az xitab24.az-a istinadən xəbər verir ki, söhbət keçmiş oliqarx Hafiz Məmmədovun oğlu Kənan Məmmədova məxsus mülklərdən gedir.
Həmin əmlakların üzərinə məşhur “Beynəlxalq Bank” işi ilə bağlı “Baghlan Group FZCO” şirkətinə verilən kreditlərlərə görə həbs qoyulmuşdu.Məsələ burasındadır ki, 2013-cü ildə bankdan sözügedən şirkətə 5.000.000 dollar kredit verilib. 2017-ci ildə isə qalıq 2.049.495,81 dollarlıq borca görə Məmmədovlar ailəsinin Yasamal rayonunda yerləşən iki əmlakı müsadirə edilərək hərracda satılıb.
Məmmədovların 650.5 kv.m olan qeyri-yaşayış sahəsi və ünvan 0.00988 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 307 kv.m. qeyri-yaşayış sahələri həbsdən azad edilib. Bununla bağlı istintaq orqanının vəsatəti təmin olunub.