Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafı, eləcə də Bakı-Brüssel əlaqələri gündəmdə olan əsas məsələlərdəndir. İki ölkə arasında siyasi dialoqun davam etdirilməsi və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılır.
Globalinfo.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohann Vadefulla birgə keçirdiyi mətbuat konfransında Azərbaycan-Almaniya və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafı, həmçinin beynəlxalq proseslərin müzakirə olunduğunu bildirib.
Nazir qeyd edib ki, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr sistemi mövcuddur. Bu ilin aprelində Bakıda məsləhətləşmələrin növbəti raundu keçirilib.
Onun sözlərinə görə, Azərbaycan və Almaniya arasında geniş hüquqi baza formalaşıb:
“Ölkələrimiz arasında kifayət qədər hüquqi baza mövcuddur. 80 müxtəlif sənəd və saziş qüvvədədir, 10 sənəd üzrə iş davam etdirilir”.
Zaira Akifqızı
Globalinfo.az